Bank Of Baku

Səttar Mehbalıyev: “Coca-Cola” şirkətinin rəhbərliyi müəssisədə həmkarlar təşkilatı yaradılmasına imkan vermir”

Səttar Mehbalıyev: “Coca-Cola” şirkətinin rəhbərliyi müəssisədə həmkarlar təşkilatı yaradılmasına imkan vermir”
# 28 iyun 2007 14:05 (UTC +04:00)
"Biz ”Coca-Cola” şirkəti yaranan gündən bu müəssisədə həmkarlar təşkilatının yaradılması üçün danışıqlar aparırıq. “Coca-Cola”da işləyənlər həmkarlar təşkilatının yaranmasını istəsələr də, rəhbərlik buna imkan vermir. İnsanları qorxudurlar, onlara bildirirlər ki, həmkarlar təşkilatına qoşulsanız, sizi işdən çıxaracağıq”. APA-nın məlumatına görə, Həmkarlar İttifaqı Konfederasiyanın sədri Səttar Mehbalıyev analoji problemlərin “bp” şirkətində də olduğunu bildirib: “Bu yaxınlarda “bp” şirkətində apardığımız gizli sorğu nəticəsində işləyənlərin əksəriyyətinin həmkarlar təşkilatının yaradılmasının tərəfdarı olduğu məlum olub. Müəssisə rəhbərləri həmkarlar təşkilatları yaradıldıqdan sonra çalışanların öz sosial problemlərinin həllini daha çox tələb edəcəklərini bildiklərindən buna razılıq vermirlər. Çünki bu iş pul tələb edir. Ona görə də buna getmirlər". S. Mehbalıyev bildirib ki, müvafiq qanunvericiliyə edilən dəyişiklikdən sonra iri müəssisə rəhbərləri həmkarlar təşkilatlarının yaradılmasına daha çox müqavimət göstərməyə başlayıblar: “Səbəb isə budur ki, qanuna edilən dəyişiklikdən sonra hər hansı bir müəssisədə işçini işdən azad etmək üçün həmkarlar təşkilatının razılığı alınmalıdır. Ona görə də belə vəziyyətdə çalışanların özləri həmkarlar təşkilatlarının yaradılmasında israrlı olmalıdırlar”. Həmkarlar təşkilatının yaradılması üçün müəssisələrlə mütəmadi danışıqlar apardıqlarını deyən S. Mehbalıyev əlavə edib ki, ötən bir il ərzində təxminən 50-60 müəssisədə həmkarlar təşkilatı yaradılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR