Bank Of Baku

Novxanıda çeçen qaçqın uşaqları üçün “Yay düşərgəsi” açılacaq

Novxanıda çeçen qaçqın uşaqları üçün “Yay düşərgəsi” açılacaq
# 28 iyun 2007 16:06 (UTC +04:00)
Sabah Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) Gənclər Komitəsi Abşeron rayonu Novxanı kəndində yerləşən istirahət mərkəzində çeçen qaçqın uşaqları üçün “Yay düşərgəsi”nin keçirilməsinə start verəcək. AQAC-dan APA-ya verilən məlumata görə, Gənclər Komitəsinin Beynəlxalq Qızıl Xaç - Qızıl Aypara Hərəkatının qərəzsizlik prinsipi çərçivəsində ikinci ildir ki, qaçqın uşaqlar üçün belə bir layihə həyata keçirir. “Yay düşərgəsi”ndə qaçqın çeçen uşaqlar üçün bir həftə müddətində müxtəlif intellektual və əyləncəli oyunların keçirilməsi və təlimatların verilməsi nəzərdə tutulub. Layihədə həmçinin qaçqın çeçen uşaqlara müxtəlif hədiyyələrin verilməsi də planlaşdırılıb. Tədbirin açılışına AQAC prezidenti Novruz Aslanov, Beynəlxalq Qızıl Xaç Komitəsi və Beynəlxalq Qızıl Xaç / Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Azərbaycandakı nümayəndəliyinin, BMT Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycandakı nümayəndəliyinin əməkdaşları, dövlət və QHT təmsilçiləri qatılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR