Bank Of Baku

Gəncə Regional Elektrik Şəbəkəsi Gəncə, Xanlar, Goranboy, Samux və Daşkəsən rayonlarının su kəməri trestlərinə elektrik enerjisinin verilməsini dayandırıb

Gəncə Regional Elektrik Şəbəkəsi Gəncə, Xanlar, Goranboy, Samux və Daşkəsən rayonlarının su kəməri trestlərinə elektrik enerjisinin verilməsini dayandırıb
# 29 iyun 2007 09:09 (UTC +04:00)
Dünəndən etibarən Gəncə Regional Elektrik Şəbəkəsi (REŞ) Gəncə, Xanlar, Goranboy, Samux və Daşkəsən rayonlarının su kəməri trestlərinə elektrik enerjisinin verilməsini dayandırıb. Bu barədə APA-nın qərb bürosuna Gəncə REŞ-in mətbuat xidmətinin əməkdaşı Rafiq Abbasov məlumat verib. Onun sözlərinə görə, adı çəkilən müəssisələrə elektrik enerjisinin verilməsinin dayandırılması onların illərlə yığılıb qalan debitor borcları ilə bağlıdır: “Təkcə bu ilin 5 ayı ərzində Gəncə su kəməri tresti 14 012 270 kilovatt saat enerji işlədib ki, onun da dəyəri 811 807 manat təşkil edir. Trest isə Gəncə REŞ-ə cəmi 1500 manat ödəyib. Beləliklə, təkcə bu ilin 5 ayı ərzində Gəncə su kəməri trestinin bizim müəssisəyə borcu 810 307 manat var”. R. Abbasov onu da deyib ki, Gəncə Su Kəməri Trestinin ümumilikdə borcu 10 166 505 manat təşkil edir: “Aidiyyəti orqanlardan bu il iyunun 1-dək elektrik enerjisinin pulunun 100% yığılması barədə göstəriş almışıq. Odur ki, belə ciddi addımlar atmağa məcburuq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR