Bank Of Baku

Bakı Metropoliteni məcburi köçkünlərdən iyunun 30-na qədər məskunlaşdıqları evlərdən çıxmağı tələb edir

Bakı Metropoliteni məcburi köçkünlərdən iyunun 30-na qədər məskunlaşdıqları evlərdən çıxmağı tələb edir
# 29 iyun 2007 12:24 (UTC +04:00)
7-ci və 8-ci mikrorayonların arasında yerləşən tikintisi bitməmiş “Azadlıq” metro stansiyasının ərazisində məskunlaşan məcburi köçkünlər yaxın günlərdə oradan çıxarıla bilər. Ağdam sakini və 1994-cü ildən həmin ərazidə məskunlaşan Rəhman Səfərovun APA-ya verdiyi məlumata görə, bir neçə gün öncə Bakı Metropolitenindən onlara bu barədə məktub daxil olub. Məktubda məcburi köçkünlərdən iyunun 30-na qədər məskunlaşdıqları evlərdən çıxması tələb olunub. Məcburi köçkünlər isə məskunlaşdıqları ərazidən çıxmaq niyyətində olmadıqlarını bildiriblər. R. Səfərov məsələ ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edildiyini də deyib: “Hələlik isə heç bir instansiya bununla bağlı konkret söz deməyib. Məcburi köçkünlər mənzillə təmin edilməyənə qədər onların oradan çıxarılması düzgün deyil”. Məsələ ilə bağlı Bakı Metropolitenindən münasibət öyrənmək mümkün olmasa da, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Binəqədi rayon şöbəsinin müdiri Əzizağa Məmmədov APA-ya açıqlamasında bildirib ki, müvafiq mənzillərlə təmin olunmayan heç bir məcburi köçkün həmin ərazidən çıxarılmayacaq. O, yaxın vaxtlarda bu problemin həll olunacağını da deyib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR