Bank Of Baku

Ticarət obyektləri sökülmüş sahibkarlar və ticarətçilər Mehriban Əliyevadan kömək istəyirlər

Ticarət obyektləri sökülmüş sahibkarlar və ticarətçilər Mehriban Əliyevadan kömək istəyirlər
# 02 iyul 2007 10:39 (UTC +04:00)
Metronun “Əzizbəyov” stansiyasının ətrafındakı ticarət obyektləri sökülmüş sahibkarlar və ticarətçilər onlara başqa yer ayrılması xahişi ilə Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya müraciət ediblər. Ticarətçi Şahmar Qurbanov APA-ya bildirib ki, indiyədək digər səlahiyyətli orqanlara müraciət etsələr də, problem həll olunmayıb. Onun sözlərinə görə, Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi sonuncu görüşdə bu məsələnin Nizami rayon İcra Hakimiyyəti tərəfindən həll olunacağını vəd edib: “Artıq neçənci dəfədir ki, bizi bu idarədə aldadırlar. Ona görə də digər qurumlara müraciət etməyə məcbur olmuşuq”. Ş. Qurbanov bu həftə ərzində Heydər Əliyev Fondunun rəhbəri ilə görüşməyə çalışacaqlarını deyib.
Qeyd edək ki, may ayının sonlarında metronun “Əzizbəyov” stansiyası ətrafında 250-yə yaxın ticarət köşkü və “Merkuri” Ticarət Mərkəzi sökülüb. Ticarətçilər söküntü nəticəsində maddi ziyana düşdüklərini və mindən artıq insanın işsiz qaldığını bildirərək münasib bir yerdə ticarət üçün yer ayrılmasını tələb edirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR