Bank Of Baku

Qərb bölgəsində su kəməri trestlərinə elektrik enerjisinin verilməsi bərpa olunub

Qərb bölgəsində su kəməri trestlərinə elektrik enerjisinin verilməsi bərpa olunub
# 02 iyul 2007 11:05 (UTC +04:00)
Bu gündən etibarən Gəncə Regional Elektrik Şəbəkəsi (REŞ) Gəncə şəhər, həmçinin Xanlar, Goranboy, Samux və Daşkəsən rayonlarının su trestlərinə elektrik enerjisinin verilməsini bərpa edib. Qeyd edək ki, sözügedən qurumların şəbəkəyə borcu olduğu üçün 4 gün müddətinə onlara elektrik enerjisinin verilməsi dayandırılmışdı. Gəncə REŞ-in mətbuat xidmətindən APA-nın qərb bürosuna verilən məlumata görə, Daşkəsən, Xanlar və Samux rayon su trestləri elektrik enerjisinə görə olan borclarını tam ödəyiblər. Goranboy rayon su tresti və Gəncə şəhər “Sukanal” idarəsi isə elektrik enerjisinə görə olan borcu qismən ödəyib. Həmçinin su trestləri cari aylıq sərfiyyatla yanaşı, mütəmadi olaraq debitor borclarını da ödəyəcəkləri ilə bağlı zəmanət məktubu veriblər. Gəncə şəhər “Sukanal” ASC-nin direktoru Teyyub Cəfərov artıq heç bir problemin olmadığını və şəhərin bütün yaşayış məntəqələrinin su ilə təminatının bərpa edildiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR