Bank Of Baku

Salyanın “İran bazarı” sabahdan fəaliyyətini bərpa edəcək

Salyanın “İran bazarı” sabahdan fəaliyyətini bərpa edəcək
# 02 iyul 2007 15:27 (UTC +04:00)
Salyanda “İran bazarı” kimi tanınan Sənaye bazarı sabahdan öz fəaliyyətini bərpa edəcək. Bazarın sahibi Füzuli Həsənovun APA-ya verdiyi məlumata görə, bazarda olan çatışmazlıqlar aradan qalxdıqdan sonra Fövqəladə Hallar Nazirliyi (FHN) bazarın fəaliyyətinə razılıq verib. Onun sözlərinə görə, bazar əvvəlki qaydada və qiymətlərlə öz fəaliyyətini davam etdirəcək: “Bazar sahibi olaraq nazirlik tərəfindən göstərilən bütün qusurlar aradan qaldırılıb, xidmət şəraiti yaxşılaşdırılıb. Elektrik xəttləri, yanğından mühafizə sistemi yenidən qurulub. Sadəcə bazarın yolu bərbad vəziyyətdədir, bazar yolunda qanunsuz tikililər var və bu, bizdən asılı olan səbəb deyil”. FHN-in regional nümayəndəsi Orxan Məmmədyarov da APA-ya açıqlamasında xəbəri təsdiqləyib. Onun sözlərinə görə, bazarda aşkar olunmuş nöqsanlar aradan qaldırıldıqdan sonra bu qərar verilib: “Əvvəllər bazarda acınacaqlı vəziyyət vardı və belə şəraitdə orada fəaliyyət göstərmək təhlükəli idi. İndi isə bu təhlükə aradan qaldırılıb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR