Bank Of Baku

MDB-də kasıblığın ümumi səviyyəsinin azalması ayrı-ayrı əhali kateqoriyalarının dilənçi halına düşməsi ilə müşahidə olunur

MDB-də kasıblığın ümumi səviyyəsinin azalması ayrı-ayrı əhali kateqoriyalarının dilənçi halına düşməsi ilə müşahidə olunur
# 03 iyul 2007 09:45 (UTC +04:00)
Müstəqil Dövlətlər Birliyində (MDB) sosial-iqtisadi qeyri-stabillik müşahidə olunur, insanların gəlirlərindəki qeyri-bərabərlik genişlənir. APA-nın məlumatına görə, bu barədə BMT-nin 2007-ci il üçün “Minilliyin inkişaf sahəsində məqsədlərə dair” yeni hesabatında deyilir. Hesabatda deyilir ki, Cənub-Şərqi Asiya dövlətləri və MDB-də ötən minilliyin sonunda əhalinin sosial-iqtisadi vəziyyətində bir qədər yaxşılaşma müşahidə olunurdu. BMT ekspertlərinin fikrincə, yoxsulluğun ləğv olunması, infeksion xəstəliklərin qarşısının alınması və gender bərabərliyinin yaranmasındakı problemlərin həlli çox ləng gedir və bu, minilliyin inkişafı məqsədlərinə çatmaq niyyətini ləngidir. Bu məqsədlər yoxsulluq və aclığın ləğvi, uşaq və ana ölümünün azalması, infeksion xəstəliklərin ləğvi, kişilər və qadınlar arasında bərabərliyə nail olunması, hamının ibtidai təhsil alması, təmiz su və sanitar xidmətlərlə təminatı, ətraf mühitin qorunmasını nəzərdə tutur. Hesabatda deyilir ki, MDB-nin Avropa ölkələri və Cənub-Şərqi Avropa ölkələrində son illər 5 yaşdan aşağı uşaqlar arasında ölüm səviyyəsi xeyli aşağı düşərək 1000 yeni doğulmuş arasında 17 ölüm səviyyəsinə düşüb. Lakin bu müvəffəqiyyət Mərkəzi Asiya ölkələrindən yan keçib, bu region uşaq ölümü üzrə dünyada üçüncü yerdədir. Ekspertlər MDB-də vərəm xəstəliyinin səviyyəsinin və bu səbəbdən ölüm hallarının yüksək olduğunu qeyd edirlər. Bu regionda vərəmə tutulanların sayı 2 dəfə artaraq 1990-cı ildə 100 min nəfərə 83-də qeyd olunmuşdusa, 2000-ci ildə həmin rəqəm 163-ə yüksəlib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR