Bank Of Baku

Gənclər arasında hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikası ilə bağlı reklam rolikləri müsabiqəsi keçirilib

Gənclər arasında hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikası ilə bağlı reklam rolikləri müsabiqəsi keçirilib
# 03 iyul 2007 10:08 (UTC +04:00)
Gənclər və İdman Nazirliyi tərəfindən gənclər arasında hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikası ilə bağlı reklam rolikləri müsabiqəsi keçirilib. Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd zərərli vərdişlərin törətdiyi fəsadlar haqqında ictimaiyyətə geniş məlumat vermək, nümayiş etdirilən reklam roliklərindən əyani vəsait kimi təbliğat işində istifadə etmək, gəncləri sağlam həyat tərzi seçməyə səsləməkdən ibarətdir. Münsiflər heyəti reklam roliklərinə baxaraq qalibləri müəyyənləşdirib. İyulun 5-də UNİCEF-in Azərbaycandakı nümayəndəliyi ilə birgə müsabiqə qaliblərinə mükafatlar təqdim olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR