Bank Of Baku

BİZNES-QOROSKOP

BİZNES-QOROSKOP
# 03 iyul 2007 12:23 (UTC +04:00)
QOÇ


Bürcünüzün tipik nümayəndələri üçün iyul ayı ərzində ən yüksək fəallıq maliyyə sahəsində müşahidə ediləcək. Siz aktiv şəkildə pul qazanmağa və eyni fəallıqla onları xərcləməyə başlayacaqsınız. Unutmayın ki, ətraflı düşünmüş addım iyul ayının əsas havadarıdır. Buna görə də gözlənilməz xərclərə yol verməmək üçün edəcəyiniz alış-verişi əvvəlcədən planlaşdırın. İyulun birinci yarısında şəxsi münasibətlərdə çiçəklənmə müşahidə ediləcək. Bu, görüşlər və yeni tanışlıqlar dövrüdür. İyulun ikinci yarısında isə münasibətlərdə daha çox iddialı olacaqsınız. Bu dövrdə partnyorunuza qarşı o qədər də tələbkar olmamağa çalışın. Diqqəti daha çox şəxsi inkişafınıza yönəltsəniz yaxşıdır.

Uğurlu günləriniz 7, 8, 21 iyul.
Uğursuz günləriniz 13, 14, 20,21 iyul.

BUÄžA


Siz öz hərəkətlərinizdə daha fəal, inadcıl olacaqsınız. Sözünün üstündə durmaq bu ay şəxsi təşəbbüs və layihələrinizi irəli çəkmək üçün yaxşı keyfiyyətə çevriləcək. İyul idmanla müntəzəm məşğul olmaq üçün çox gözəl vaxtdır və əgər siz tez nəticə əldə etmək üçün tələskən olmasanız, çox tez nəticə əldə edəcəksiniz. Ailədəki sabitlik sizə xoş məqamlar gətirəcək, bürcünüzün tipik nümayəndələri vaxtın çoxunu evdə, ailə ilə keçirmək istəyəcək. Ailə üzvləri və yaxın qohumlarla münasibətləri möhkəmləndirmək üçün iyulun birinci yarısı münasibdir.
İyulun ikinci hissəsi yeni tanışlıqlar və yarınızı axtarmaq üçün ideal vaxtdır. Sizin romantik əhvalınız və cazibənizin artması arzuladığınız məqsədlərə çatmanıza imkan verəcək.

Uğurlu günləriniz 9, 10, 17, 27, 29 iyul.
Uğursuz günləriniz 16, 23, 24 iyul.

ƏKİZLƏR


Xarici aləmdəki fəallığınızı azaldaraq daxili aləminizlə məşğul olmalısınız. İyul ayı ərzində yaranmış vəziyyətlərin qarşınıza qoyacağı çoxsaylı suallara cavab tapa biləcəksiniz. İntriqalardan və gizli düşmənlərinizlə birbaşa qarşıdurma cəhdlərindən uzaq qaçmalısınız. İyuldakı maliyyə uğuru əsasən sizdən və mövqenizdən asılı olacaq. Əgər siz nüfuzlu şəxslərin rəğbətinə nail ola bilsəniz, onda maliyyə axını sizin tərəfinizə dönərək gəlirinizi xeyli artıra bilər. İyulun ikinci yarısında evinizin abadlaşması ilə məşğul olsanız, yaxşıdır. Doğma divarlar arasında özünüzə rahatlıq yaradın, bunun üçün yumşaq mebel, xalçalar və digər əşyalar alın.

Uğurlu günləriniz 11, 12, 20, 29 iyul.
Uğursuz günləriniz 5, 18, 26 iyul.

XƏRÇƏNG


İctimai fəaliyyət və ya iş bu ay ərzində səy göstərdiyiniz əsas sahələrə çevrilə bilər. Həmin müddət ərzində yeni dostlar və həmfikirlər tapa, tanışlarınızla münasibətlərinizi möhkəmlədə bilərsiniz. Kollektivdəki fəallıq gücünüzə olan əminliyinizi artıracaq, lider keyfiyyətlərinizi və təşkilatçılıq istedadınızı nümayiş etdirməyə imkan verəcək.
İyulun birinci yarısında gəlirinizin artması hesabına maliyyə vəziyyətinizi sabitləşdirmək imkanını əldən verməyin. Yüksək faiz dərəcələrinin ardınca qaçmayaraq savadlı sərmayə qoyuluşu edin. Ayın ikinci yarısında daha çox ünsiyyət qurmalı olacaqsınız və maliyyə məsələləri ilə məşğul olmağa vaxtınız olmayacaq, yaranmış baza isə artıq qiymətli vaxtınızı almadan sizin fəal iştirakınız olmadan da sizin üçün işləyəcək.

Uğurlu günləriniz 5, 13, 14, 23 iyul.
Uğursuz günləriniz 7, 21, 27, 28 iyul.

ŞİR


Planetlərin düzülüşü daha çox peşəkar sahədə fəallığın artacağını göstərir. İyul şəxsi arzularınızın gerçəkləşdirilməsi və karyera qazanmağınıza yönəldilən səylərə, qarşıya qoyulan məqsədlərə çatmaqdan ötrü aktiv fəaliyyət göstərmək üçün gözəl vaxtdır. Addım atmaqda tələsməyin. Nə qədər düşünülmüş hərəkət etsəniz, bir o qədər uğurunuzu artıra bilərsiniz. İyulun birinci yarısında xarici görünüşünüzün qayğısına qalın. Bu, saç düzümünüzü və ya geyim üslubunuzu dəyişmək üçün uğurlu vaxtdır. Gözəlliyi duymaq hissiniz daha da incələşib və imicin istənilən cür dəyişilməsi müsbət nəticə verəcək. Ayın ikinci yarısı gəlirlərin artmasına gətirib çıxara bilər. Bu, alış-veriş etmək üçün də uğurlu vaxtdır.
Uğurlu günləriniz 7, 16, 25 iyul.
Uğursuz günləriniz 9, 23, 30, 31 iyul.

QIZ


Planetlərin düzülüşü səyahətlərə həvəsin artmasından və şəxsi dünyagörüşünün genişlənməsindən xəbər verir. Bu ay məzuniyyət üçün uğurlu vaxtdır, xüsusilə əgər siz asudə vaxtınızın çoxunu aktiv turizm və idmanla məşğul olmağa həsr etməyi planlaşdırmısınızsa. İyul həmçinin təhsil üçün də ideal dövrdür. Çünki sizin biliklərə olan həvəsiniz güclənir, tədris prosesinə marağınız artır. Ayın birinci yarısında əvvəllər başladığınız bütün mühüm işləri başa çatdırmaq lazımdır. Əgər söhbət plan və layihələrdən gedirsə, onları həyata keçirməyə tələsməyin. Bir daha hər şeyi yenidən yoxlayın. İyulun ikinci yarısı daha əlverişli dövrdür, siz daha sakit və təmkinli olacaqsınız, istirahətə daha çox can atacaqsınız. Bu, həmçinin xarici görünüşünüzün qayğısına qalmaq üçün çox gözəl vaxtdır. Görəcəksiniz ki, bürcünüzün nümayəndələri kimi siz də güzgü qarşısında çox vaxt keçirirsiniz.
Uğurlu günləriniz 9, 17,18 iyul.
Uğursuz günləriniz 5, 11, 25 iyul.

TƏRƏZİ


Bürcünüzün tipik nümayəndələri üçün iyul ayında zədə almaq qorxusu artacaq. Məhz buna görə siz başqa bürclərə nisbətən işlərinizdə təmkinli olmalı, tələskənliyə və təlaşa yol verməməlisiniz. Mexaniki cihazlar və alətlərlə iş zamanı xüsusilə ehtiyatlı olmalısınız. İyulda seksuallığınız da fəallaşır. Qarşı cinsə həvəsiniz xeyli artır, münasibətlərinizin keyfiyyətinin artması sayəsində imtim əlaqələriniz yaxşılaşır.
Ayın birinci yarısında dostlarınızla daha çox ünsiyyətdə olun. İndi siz onların kömək və dəstəyinə bel bağlaya bilərsiniz. İyulun ikinci yarısında ünsiyyətə can atmanız xeyli azalacaq. Daha çox təklikdə olmaq, yaxud sevdiyiniz insanla daha çox vaxt keçirmək istəyəcəksiniz.

Uğurlu günləriniz 3, 11, 20, 21 iyul
Uğursuz günləriniz 7, 14, 28 iyul.

ƏQRƏB


Fəallığınız daha çox ətrafdakılarla münasibətlərdə özünü göstərəcək. İlk növbədə bu, şəxsi və işgüzar münasibətlərinizə aid olacaq. Siz daha doğruçul və ünsiyyətdə açıq olacaqsınız. Amma danışığınıza o qədər də fikir vermirsiniz və həmişə olduğundan daha çox kobudluq etməyə qadirsiniz. Tez hirslənməməyə çalışın və fəal mübahisələrə qatılmayın. Yaxşı olar ki, öz mövqeyinizi açıq bildirəsiniz, amma onun müzakirəsində iştirak etməyəsiniz.
Əgər karyerada nəyəsə nail olmaq istəyirsinizsə, bunun üçün ayın birinci yarısından istifadə edin. Çünki ayın ikinci yarısında dostlarınız, tanışlarınız sizi işinizdən ayıraraq yüngül fəaliyyətlərə cəlb etmək istəyəcəklər. Qeyd etmək lazımdır ki, iyulun ikinci yarısında dostlarla əyləncələrdən imtina etmək, demək olar, qeyri-mümkün olacaq.

Uğurlu günləriniz 5, 13, 14, 23, 24 iyul
Uğursuz günləriniz 3, 9, 16 iyul.

OXATAN


Planetlərin düzümü bürcünüzün nümayəndələrinə işdə fəallıq vəd edir. Əmək qabiliyyətiniz yüksələcək və siz çox şeyə nail ola biləcəksiniz. Həmkarlarla münaqişələrdən yan qaçaraq bütün enerjinizi mübahisə və dedi-qodulara deyil, məhz vəzifələrinizin yerinə yetirilməsinə yönəltməlisiniz. Əgər siz ulduzların məsləhətinə qulaq assanız, iyulun ikinci yarısında karyeranızda yüksəlişə ümid edə bilərsiniz. Siz həmçinin səhhətiniz üzərində səmərəli çalışa bilərsiniz. İdmanla məşğul olmağınız səhhətinizə xüsusi fayda gətirəcək. Yeni biliklərin əldə edilməsi və dünyagörüşünüzün genişləndirilməsi də iyul ayının üstün mövzularından birinə çevriləcək. Təhsilinizlə və biliyinizi artırmaqla məşğul olun. Əldə etdiyiniz bilikləri ayın ikinci yarısında təcrübədə tətbiq edə bilərsiniz.
Uğurlu günləriniz 7, 16, 26 iyul.
Uğursuz günləriniz 5, 12, 18 iyul.

OÄžLAQ


Yeni tanışlıqlar və romantik münasibətlərinizin coşğun inkişafı bürcünüzün tipik nümayəndələrinə planetlərin xoş təsirini vəd edir. Romantik əhval-ruhiyyəniz olacaq, sevgi münasibətlərinə başlamaq istəyəcəksiniz. İyul görüşlər ayına çevriləcək, siz özünüz də daha cəsarətli olacaqsınız və fəal şəkildə yarınızı axtaracaqsınız. Oğlaq-valideynlər öz uşaqları ilə fəal oyunlara daha çox diqqət yetirməlidirlər. İdmanla birgə məşğul olmağınız hər iki tərəfə fayda gətirəcək. Ayın ikinci yarısında cəsarətlə səyahətə yollana bilərsiniz. Sizi xüsusən xaricə uzunmüddətli səfərlər cəlb edəcək ki, orada dünyaya baxmaq, başqa ölkələrdə insanların necə yaşadığını görmək, öz dünyagörüşünü genişləndirmək imkanı olacaq.

Uğurlu günləriniz 9, 18, 27, 28 iyul.
Uğursuz günləriniz 7, 13, 14, 21 iyul.

DOLÇA


Bürcünüzün nümayəndələrini təmirlər və şəxsi mənzilinin qaydaya salınması ayı gözləyir. Daha çox təşəbbüs göstərin. Çünki bütün bu cür ideyalar məhz sizdən qaynaqlanacaq. Bu, qohumlarınız və evdəkilərlə münaqişələrdən yaxa qurtarmağa kömək edəcək. Ulduzlar enerjinizi evdəkilərlə mübahisə və münaqişələrdənsə çalışmağa yönəldərək, işin böyük hissəsini müstəqil şəkildə yerinə yetirməyi məsləhət görür. Planetlərin düzülüşü sizə həmçinin günün altında daha çox vaxt keçirməyi tövsiyə edir. Bu, səhhətinizə də müsbət təsir göstərəcək. Əlbəttə, sui-istifadə etmək lazım deyil, amma ulduzlar iyulda yüngül qaralmağa və günəş vannalarından yaxşı əhval-ruhiyyə qazanmağa zəmanət verir.

Uğurlu günləriniz 11, 21, 31 iyul.
Uğursuz günləriniz 9, 16, 23 iyul.

BALIQLAR


Bürcünüzün tipik nümayəndələri iyulda qısamüddətli səfərlərin xeyri artacağını sezəcəklər. Bu, ünsiyyət üçün uğurlu dövrdür. Çünki siz düz danışır və açıq olursunuz. Əvvəllər heç zaman olmadığı kimi indi öz mövqeyinizi qorumağa, mübahisələrdə iştirak etməyə hazırsınız. Həmsöhbətlərinizə “yox” demək sizin üçün asanlaşır. Ünsiyyətdə inadcıllıq nümayiş etdirməyiniz sizə başqalarını öz fikrinizə inandırmaq imkanı verəcək, lakin ünsiyyət zamanı kobudluğa yol verməyin. Ay yeni sevgi əlaqələri və romantik tanışlıqlar gətirə bilər. İyulun birinci yarısında keçmiş sevgilinizlə görüşəcəyiniz mümkündür. Ayın ikinci yarısı isə yeni münasibətlərin başlanacağı imkanını göstərir.

Uğurlu günləriniz 4, 5, 14, 23 iyul.
Uğursuz günləriniz 11, 12, 18, 25, 26 iyul.


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR