Bank Of Baku

Ucar rayonunun Qazyan kəndinin 200 nəfərdən artıq sakini su problemi ilə üzləşib

Ucar rayonunun Qazyan kəndinin 200 nəfərdən artıq sakini su problemi ilə üzləşib
# 03 iyul 2007 13:56 (UTC +04:00)
Ucar rayonunun Qazyan kəndinin bir qrup sakini acınacaqlı vəziyyətlə üzləşib. Sakinlərin APA-nın Aran bürosuna verdiyi məlumata görə, 200 nəfərdən artıq şəxs 15-20 ildir ki, fevral-oktyabr ayları arasında sudan, ümumiyyətlə, istifadə edə bilmir. Dəfələrlə Ucar Rayon İcra Hakimiyyətinə, Sudan İstifadə Birliyinə (SİB) və Ucar rayon Su İdarəsinə müraciət etsələr də, problem hələ də həllini tapmayıb: “Hər həftə 10 manat ödəməklə su maşınlarının gətirdiyi su ilə ehtiyacımızı ödəyirik”.
Ucar rayon Su İdarəsinin müdiri Həsən Qasımov APA-ya bildirib ki, bu, su idarəsinin problemi deyil: “Tələb olunan su həmin kanala verilir. Suyun paylanması ilə Sudan İstifadə Birliyi məşğul olur”. Ucar rayon SİB-nin sədri Əlikram Babayev isə deyib ki, Qəzyan kəndinin su problemi yaxın vaxtlarda həll olunmayacaq: “Problemin həlli üçün ilk növbədə 17 km uzunluğunda arx yenidən qazılmalıdır. Etiraf edirəm ki, həmin insanların tələbləri haqlıdır, amma bu tələbi yerinə yetirmək üçün şərait yoxdur. Bu səbəbdən heç vaxt onlarla su müqaviləsi bağlanmır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR