Bank Of Baku

Təhsil Nazirliyinin Texniki-peşə təhsili şöbəsində Beynəlxalq Əmək Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə nümayəndələri ilə görüş keçirilib

Təhsil Nazirliyinin Texniki-peşə təhsili şöbəsində Beynəlxalq Əmək Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə nümayəndələri ilə görüş keçirilib
# 03 iyul 2007 15:17 (UTC +04:00)
Təhsil Nazirliyinin Texniki-peşə təhsili şöbəsində Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya üzrə nümayəndələri Martina Lyubova və Gülnarə Asanbayeva ilə görüş keçirilib. Bu barədə APA-ya Təhsil Nazirliyindən məlumat verilib. Görüş zamanı Azərbaycanın peşə təhsili müəssisələrində hazırlanan kadrların bazar iqtisadiyyatı şəraitində biznesin təşkili, istehsal və xidmət sahələrinin rentabelli işləməsi üçün lazımi biliklərə yiyələnməsi məsələləri müzakirə edilib. Eyni zamanda BƏT-in yardımı ilə cari ilin payızında peşə təhsili müəssisələrində “Bazar iqtisadiyyatının əsasları” fənnini tədris edən müəllimlər üçün “Bizneslə tanışlıq” mövzusunda seminar keçirilməsi barədə də fikir mübadiləsi aparılıb. Məlumat üçün bildirək ki, BƏT Mərkəzi Asiya, Cənubi Qafqaz və başqa bölgələrdə hazırlanan kadrların bazar iqtisadiyyatının tələblərinə uyğunlaşması üçün köməklik göstərir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR