Bank Of Baku

Gənclərin sosial təşəbbüslərini dəstəkləyən “Gənclərin sosial təşəbbüsləri” festivalı keçiriləcək

Gənclərin sosial təşəbbüslərini dəstəkləyən “Gənclərin sosial təşəbbüsləri” festivalı keçiriləcək
# 05 iyul 2007 14:32 (UTC +04:00)
“Gənclər ili” çərçivəsində “Gənclərin sosial təşəbbüsləri” festival-müsabiqənin keçirilməsi nəzərdə tutulub. Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. “Gənclərin sosial təşəbbüsləri” festival-müsabiqənin keçirilməsində məqsəd dövlət gənclər siyasətinə uyğun olaraq, yeni fəaliyyət istiqamətlərini müəyyən etmək, gənclərin ahəngdar inkişafına köməklik göstərmək, gəncləri ictimai-faydalı fəaliyyətə cəlb etmək və gənclər arasında sağlam həyat tərzini təbliğ etməkdən ibarətdir. Festival-müsabiqənin keçirilməsinin əsas vəzifəsi gənclərin yaradıcılıq potensialından istifadə edərək, sosial problemlərin həllində yeni yanaşmaları tətbiq etmək və gənclərin sosial təşəbbüslərini dəstəkləməkdir. Gənclər, gənclərin təşəbbüs qrupları və gənclər təşkilatları tərəfindən festivala 47 layihə təklifi təqdim edilib. Bütün layihələr diqqətlə təhlil edildikdən sonra 10 layihə təklifinin hər birinə 600 manat məbləğində mükafat verilməsi qərara alınıb. Müsabiqənin seçim nəticələrinə dair mükafatlandırma mərasimi iyulun 10-da keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR