Bank Of Baku

Bakıda “Uşaqlar üçün yararlı dünya” adlı milli konfrans keçirilir

Bakıda “Uşaqlar üçün yararlı dünya” adlı milli konfrans keçirilir
# 06 iyul 2007 13:36 (UTC +04:00)
Onun fikrincə, Aİ-nın təbliğ etdiyi islahatlar Azərbaycanda vətəndaş cəmiyyəti tərəfindən dəstəklənməlidir. İlin sonunda Aİ-nın Azərbaycanda nümayəndəliyinin açılacağını xatırladan diplomat bildirib ki, missiyanın əsas məqsədlərindən biri demokratiya və insan haqlarının qorunması olacaq. Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosia deyib ki, təmsil etdiyi qurum üzv dövlətlərdən uşaq hüquqlarının qorunmasına daha çox resurs ayırmağı xahiş edib. O, AŞ-nin 2006-cı ilin yanvar ayından həyata keçirdiyi “Uşaqlarla Avropa quraq” proqramı barədə məlumat verib.
Azərbaycan Uşaq Parlamentinin nümayəndələri Taleh Əliyev və Fəridə Əliyeva parlamentin bir il öncə yarandığı, analoji parlamentlərin 40 ölkədə mövcud olduğu barədə məlumat veriblər. onların sözlərinə görə, uşaq parlamentlərinin məqsədi yaşı 18-dək olan insanların cəmiyyətdə aktiv iştirak etməyə cəlb etməkdir: “Uşaq Parlamenti narahatlıq doğuran məsələlərin müzakirəsində iştirak edir, özünün müxtəlif sahələr üzrə komitələri var, ildə bir dəfə ölkə parlamentinin üzvləri Uşaq Parlamentində aparılan müzakirələrdə iştirak edir. Narahatlıq doğuran məsələlər sırasında uşaqların əmək istismarına cəlb olunması, bunun onların sağlamlığına zərər vurması və təhsildən ayrılmasına gətirib çıxması, qızların təhsildən uzaq düşməsidir ki, bunun da əsas səbəbi erkən nikahlardır. Biz “Uşaqlara qarşı zorakılığa qarşı olaq” şüarını irəli sürürük”. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR