Bank Of Baku

“Minilliyin İnkişaf Məqsədləri: çatılmayan hədəflər” mövzusunda mətbuat konfransı keçirilib

“Minilliyin İnkişaf Məqsədləri: çatılmayan hədəflər” mövzusunda mətbuat konfransı keçirilib
# 06 iyul 2007 10:47 (UTC +04:00)
İqtisadi Tədqiqatlar Mərkəzi, “Oxfam” Beynəlxalq Təşkilatı və Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış Koalisiyası “Minilliyin İnkişaf Məqsədləri: çatılmayan hədəflər” mövzusunda mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən İqtisadi Tədqiqatlar Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Dünya Sakit bildirib ki, bu konfrans Minilliyin İnkişaf Məqsədlərinə (MİM) nail olunması üçün Azərbaycanda qarşıya qoyulan hədəflər və onların icra vəziyyətinin qiymətləndirilməsinə həsr olunub. “Oxfam” Beynəlxalq Təşkilatının nümayəndəsi Zahir Əhmədov bildirib ki, MİM çərçivəsində ana və uşaq ölümü səviyyəsinin azaldılmasını nəzərdə tutan öhdəliklərin icra vəziyyətini qənaətbəxş saymaq olmaz. Onun sözlərinə görə, hər iki istiqamətdə ciddi irəliləyişlər əldə olunmayıb. Azərbaycanın bu göstəricilərinə görə, MDB dövlətlərindən geri qaldığını deyən Z. Əhmədov qeyd edib ki, Azərbaycanın hər iki istiqamət üzrə minilliyin məqsədlərinə çatılmayacağı təhlükəsini artırır. Tədbirdə çıxış edən konfrans iştirakçıları hədəflərə çatmaq üçün Azərbaycan hökumətinə təcili tədbirlərin həyata keçirilməsini, regionlarda ilkin səhiyyə xidməti sistemində köklü islahatların aparılması tövsiyə ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR