Bank Of Baku

Səlim Müslümov: “Dünya Bankı Azərbaycanda aparılan pensiya islahatlarını qənaətbəxş sayır”

Səlim Müslümov: “Dünya Bankı Azərbaycanda aparılan pensiya islahatlarını qənaətbəxş sayır”
# 06 iyul 2007 13:15 (UTC +04:00)
“Son üç il ərzində Azərbaycanda aparılan pensiya islahatlarını həm Azərbaycan hökuməti, həm də Dünya Bankı qənaətbəxş hesab edib”. APA-nın Qarabağ bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov deyib.
S.Müslümov bildirib ki, iyunun 11-12-də Dünya Bankının Vaşinqtonda yerləşən qərargahında Azərbaycanda pensiya islahatlarına həsr olunmuş təqdimat keçirilib. Tədbirdə belə qərara gəlinib ki, Azərbaycan təcrübəsi başqa ölkələrdə də yayılsın, DSMF ekspertləri təcrübələrini başqa ölkələrdən olan həmkarları ilə bölüşsünlər. Bununla bağlı artıq bəzi dövlətlər DSMF-yə müraciət edib. Bu ölkələrin adını açıqlamayan fond sədri qeyd edib ki, cari ilin payızında həmin müraciətlər əsasında DSMF ekspertləri bu ölkələrə göndəriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR