Bank Of Baku

İyunda Azərbaycanda ərzaq məhsulları 2,2% ucuzlaşıb

İyunda Azərbaycanda ərzaq məhsulları 2,2% ucuzlaşıb
# 07 iyul 2007 10:27 (UTC +04:00)
Azərbaycanda cari ilin iyun ayında may ayı ilə müqayisədə qeyri-ərzaq mallarının qiymətləri 0,1%, əhaliyə göstərilən pullu xidmət tarifləri 3,0% bahalaşıb. Buna baxmayaraq, ərzaq məhsullarının qiymətlərinin 2,2% ucuzlaşması nəticəsində istehlak mallarının qiymətləri və xidmət tarifləri 99,5% təşkil edib. Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ay ərzində istehlak bazarında buğda ununun, qarabaşaq yarmasının, makaron məmulatlarının, kərə və bitki yağlarının, mineral suların, meyvə şirəsinin, limonadın, spirtli içkilərin, dondurmanın, pivənin, limonun, portağalın, almanın, armudun, göyərtinin qiyməti bahalaşıb, düyünün, toyuq və toyuq budunun, təzə və dondurulmuş balığın, südün, marqarinin, yumurtanın, şəkər və şəkər tozunun, meyvələrdən bananın, alçanın, gilasın, gavalının, əriyin, tərəvəzlərdən kələmin, xiyar və pomidorun, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, kökün, soğanın, kartofun qiymətləri isə ucuzlaşıb. İyun ayında qeyri-ərzaq mallarından qısaqol köynəklərin, uşaq yay kostyumlarının, mayka və futbolkaların, çimərlik dəstlərinin, tikinti mallarından nitro və yağlı boyanın, parket və parket üçün lakın, taxta materiallarının, soyuducunun, kondisionerlərin, ventilyatorların, təsərrüfat mallarının, yataq mebeli və çarpayının, kosmetik vasitələrin, qızıl əşyalarının, dəftərxana ləvazimatlarından dəftərlərin, yazı kağızlarının, flamasterlərin qiymətləri bahalaşıb, parçaların, qış paltarlarının, qış ayaqqabılarının, corab məmulatlarının, sementin, çilçıraq və elektrik ütülərinin, bir sıra dərman preparatlarının, uşaq oyuncaqlarının, qadın qol saatı və çantalarının qiymətləri isə ucuzlaşıb. Əhaliyə göstərilən pullu xidmətlərdən ay ərzində respublika daxili və beynəlxalq telefon danışıqları tariflərinin aşağı düşməsinə baxmayaraq, digər xidmətlərin telefon üçün aylıq abunə haqqının, mehmanxana xidmətlərinin, kurslar və məşğələlərin, avtomobillərə texniki xidmətlərin, oyun avtomatlarının və məişət texnikasının təmiri tariflərində artım müşahidə olunub. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR