Bank Of Baku

Gəncədə 2 böyük su anbarında yeni xlorator qurğusu quraşdırılıb

Gəncədə 2 böyük su anbarında yeni xlorator qurğusu quraşdırılıb
# 10 iyul 2007 09:05 (UTC +04:00)
Gəncə şəhərində olan 2 böyük su anbarında suyun zərərsizləşdirilməsi üçün yeni xlorator qurğusu quraşdırılıb. Qurğular Gəncə şəhər “Sukanal” İdarəsinə “Azərsu” Səhmdar Cəmiyyəti tərəfindən verilib. Fransa istehsalı olan yeni xlor dozator qurğusu şəhərin ən böyük anbarları olan Totanlı və 518 su anbarlarında quraşdırılıb. “V-10 KA” tipli xlor qurğusu əvvəlki xlor avadanlığından fərqli olaraq yarım avtomatlaşdırılmış sistemlə işləyir və kompüter sisteminə uyğun quraşdırılıb. Şəhər əhalisinin su ilə təmin olunmasında böyük əhəmiyyət kəsb edən Totanlı su anbarı 4.000 kub su tutumuna malikdir. Bu anbarlardan gələn su ilə təxminən şəhər əhalisinin 30 faizi təmin olunur. Qeyd edək ki, Gəncə şəhərində 2 böyük və 10-a yaxın kiçik su anbarı var. APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR