Bank Of Baku

Böyük Britaniya Xarici İşlər Nazirliyi Azərbaycanda antikorrupsiya ilə məşğul olan mərkəzə yardım edəcək

Böyük Britaniya Xarici İşlər Nazirliyi Azərbaycanda antikorrupsiya ilə məşğul olan mərkəzə yardım edəcək
# 10 iyul 2007 10:55 (UTC +04:00)
Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi “Transparency Azərbaycan” təşkilatının Bakı, Gəncə və Lənkəran şəhərlərində yerləşən Antikorrupsiya Maarifləndirmə və Hüquqi Məsləhət mərkəzlərinə dəstək verir. Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu dəstək vətəndaşa görüş və yaxud da telefon vasitəsilə 18 ay ərzində 5140 xidmət göstərmiş Bakı, Gəncə və Lənkəran mərkəzlərinə onların dərin təəssürat yaradan bu yüksək nailiyyətini davam etdirməsinə imkan yaradacaq. Bu mərkəzlər vətəndaşları ən çox narahat edən sahələri müəyyən etməyə və ümumilikdə ölkə üzrə korrupsiyanın monitorinqini aparmağa kömək edir. Onlar vətəndaşlar tərəfindən ehtiyac duyulan xidmətlərini davam etdirməklə cəmiyyətin korrupsiyaya münasibətinin dəyişməsində və struktur islahatların aparılmasının dəstəklənməsində mühüm rol oynayacaqlar. 12 ay davam edəcək layihə çərçivəsində aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur: Pulsuz qaynar telefon xətti, Hüquqi Məsləhət, Maarifləndirmə, Hökumət orqanlarına dəstək, Mobil xidmətlər.
Qeyd edək ki, “Transparency İnternational” təşkilatının Anti-korrupsiya Maarifləndirmə və Hüquqi Məsləhət mərkəzləri Şərqi Avropa və Cənubi Qafqazın 12 ölkəsində yaradılmışdır. Azərbaycanda bu mərkəzlər 2005-ci ilin iyul ayından fəaliyyət göstərməkdədir. Bakı şəhərində ilk mərkəz açıldıqdan sonra “Transparency Azərbaycan” növbəti dörd mərkəzin Gəncə, Lənkəran, Quba və Şəki şəhərlərində açılmasını təşkil edib. Bununla da o, “Transparency İnternational”-ın sayı ikidən çox olan regional mərkəzə malik yeganə milli nümayəndəliyinə çevrilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR