Bank Of Baku

Əli Bayramlıda yeni nümunəvi məhəllələrin açılışı olub

Əli Bayramlıda yeni nümunəvi məhəllələrin açılışı olub
# 10 iyul 2007 16:01 (UTC +04:00)
Əli Bayramlıda yeni nümunəvi məhəllələrin açılışı olub. Əli Bayramlıda yeni nümunəvi məhəllələr istifadəyə verilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Əli Bayramlı Şəhər İcra Hakimiyyətinin ictimai əlaqələr şöbəsinin müdiri Adəm Hüseynov məlumat verib. Onun dediyinə görə, bu gün şəhərin M.Ə.Rəsulzadə və Heydər Əliyev prospektində yerləşən, şəhərin ən böyük məhəllələrində uşaqların və böyüklərin istirahəti üçün müxtəlif idman qurğularının və digər qurğuların quraşdırıldığı əyləncə kompleksi, yüzlərlə ağacın əkildiyi, müasir tələblərə cavab verən yeni park tipli məhəllələrin açılışı olub. Hər iki məhəllə ayrılıqda futbol stadionundan da böyük olan bir ərazidə salınıb və yerinə bütövlükdə üzlüklər döşənib. Məhəllələrin açılışında ŞİH başçısı Mərdan Camalov və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Sonda incəsənət ustaları sakinlər qarşısında konsert proqramı ilə çıxış edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR