Bank Of Baku

Ədliyyə naziri BMT-nin Uşaq Hüquqları Komitəsinin sədri və UNİCEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Ədliyyə naziri BMT-nin Uşaq Hüquqları Komitəsinin sədri və UNİCEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb
# 10 iyul 2007 16:34 (UTC +04:00)
Bu gün hazırda Azərbaycanda səfərdə olan BMT-nin Uşaq Hüquqları Komitəsinin sədri Yakob Duk və UNİCEF-in Azərbaycandakı nümayəndəsi xanım Haana Singer ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşüblər. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanın BMT ilə hərtərəfli əməkdaşlığının əhəmiyyətini qeyd edən nazir Uşaq hüquqları haqqında Konvensiya üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı görülən işlərdən danışıb. Azərbaycanda uşaq hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirilməsini yüksək qiymətləndirən Yakob Duk uşaqlara münasibətdə zorakılığın qarşısının alınması üzrə beynəlxalq təcrübədən danışıb, bu sahədə milli qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, praktiki tədbirlərin, o cümlədən hüquq-mühafizə orqanları əməkdaşlarının, hakimlərin tədrisinin əhəmiyyətini vurğulayıb. Görüşdə yuvenal ədliyyə islahatlarının həyata keçirilməsi ilə bağlı konkret məsələlər müzakirə edilib, əməkdaşlığın davam etdirilməsi perspektivlərinə dair faydalı fikir mübadiləsi aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR