Bank Of Baku

Şimal bölgəsində narkomanlığa qarşı mübarizəyə həsr olunmuş tədbirlər keçirilir

Şimal bölgəsində narkomanlığa qarşı mübarizəyə həsr olunmuş tədbirlər keçirilir
# 11 iyul 2007 12:34 (UTC +04:00)
Narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi üzrə işçi qrupunun rəhbəri İsrafil Əliyev Qusar və Xaçmaz rayonlarında müşavirələr keçirib. APA-nın şimal bürosunun məlumatına görə, tədbirlərdə rayonların icra və bələdiyyə orqanlarının təmsilçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak edirlər. İ. Əliyev respublikada, o cümlədən şimal bölgəsində narkomanlığın vəziyyəti, bəzi cinayətkar qruplaşmaların Azərbaycan ərazisindən tranzit kimi istifadə etmək cəhdləri, MTN, DİN, sərhəd və gömrük xidmətlərinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı apardığı birgə mübarizə tədbirləri haqqında ətraflı məlumat verib, profilaktik tədbirlərin görülməsinin vacibliyini söyləyib. Qeyd edək ki, İ. Əliyev iyulun 12-də Quba və Dəvəçi rayonlarında müşavirələr keçirəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR