Bank Of Baku

Hər dəqiqə bir qadın doğuş zamanı həyatını itirir

Hər dəqiqə bir qadın doğuş zamanı həyatını itirir
# 11 iyul 2007 16:39 (UTC +04:00)
BMT-nin Bakı ofisindən APA-ya daxil olan müraciətdə E. Selimoviç ictimaiyyəti əhali ilə bağlı problemlər və inkişaf məsələlərinə dəstək verməyə çağırıb. O, statistikaya görə, dünyada hər dəqiqə bir qadının doğuş zamanı həyatını itirdiyini bildirib: “Ölən hər qadınla bərabər, ən azı daha 20-si ciddi ağırlaşmalarla üzləşir. Hazırda dünyada hər üç qadından biri döyülür, cinsi əlaqəyə məcbur edilir, çox vaxt da tanıdığı bir şəxs, o cümlədən öz əri və ya ailəsinin digər kişi üzvü tərəfindən hər hansı başqa yolla təhqir olunur. Hər dörd qadından biri təhqirə hamiləlik dövründə məruz qalır. Bu sarsıdıcı həqiqətin əsas səbəbi gender bərabərsizliyi olduğundan, qadınların həyatını yaxşılaşdırmaq işində kişilərin iştirak zəruridir”. E. Selimoviç bütün insanların üçün daha geniş imkanlar yaradacaq daha sağlam bir dünyanın qurulmasında iştirak etməyin vacibliyini də vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR