Bank Of Baku

Lənkəran Dövlət Humanitar Kolleci direktorunun müdafiəçiləri mətbuat konfransı keçirib

Lənkəran Dövlət Humanitar Kolleci direktorunun müdafiəçiləri mətbuat konfransı keçirib
# 10 oktyabr 2007 10:30 (UTC +04:00)
Bu gün Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Cahangir İbrahimovun Hüquqlarını Müdafiə Komitəsinin mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, C. İbrahimovun vəkili İdris Əliyev Qadın Krizis Mərkəzinin direktoru Mətanət Əzizovanın 31.07.2007 tarixdə “Mərkəz” qəzetində çap etdirdiyi “Kollecdə əxlaqsızlıq” adlı məqaləsi ilə direktorun, müəllim və tələbələrin şərəf və ləyaqətinin heç bir fakta əsaslanmadan kobud şəkildə təhqir olunduğunu bildirib. İ. Əliyev 31.08.2007 tarixdə “Mərkəz” qəzeti məlumatın yalan və böhtan olduğunu müəyyən edərək mövqeyini bildirdiyini və direktordan üzr istədiyini söyləyib. Kollecdə uzun müddət işləmiş Tükəzban Cahangirova bunun təkcə C. İbrahimova deyil, kollecin bütün heyətinə atılan böhtan olduğunu bildirib. İ. Əliyev direktorun Qadın Krizis Mərkəzini məhkəməyə verdiyini, Səbayel rayon Məhkəməsində Cinayət Məcəlləsinin 147 (böhtan) maddəsi ilə cinayət işi açıldığını və hakim F. Nəsibovun sədrliyi ilə məhkəmə hazırlıq iclası keçirildiyini bildirib. Məhkəmə oktyabrın 1-nə təyin olunsa da, qarşı tərəfin xahişi ilə təxirə salınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR