Naxçıvan sakinləri xarici ölkələr arasında daha çox Türkiyə və Rusiyaya getməyə üstünlük verirlər
27 oktyabr 2007 10:52 (UTC +04:00)
Naxçıvan sakinləri turist qismində daha çox Türkiyə və Rusiya Federasiyasına getməyə üstünlük verirlər. Muxtar Respublika Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, bu, həm yaxınlıq, həm də maddi səbəblərlə əlaqədardır: “Yanvar-fevral ayı üzrə göstəricilərə nəzər salsaq, daha çox bu ölkələr üzrə istirahət bölgələrinə səfərlərin təşkil olunduğu diqqət çəkir. Bu müddət ərzində Türkiyənin 8, Rusiya Federasiyasının 10 bölgəsinə turist axını qeydə alınıb. Bölgələr üzrə Antalya, Kəmər, Soçi, Sankt-Peterburqa getməyə maraq daha çoxdur”. Nazirlikdən onu da əlavə ediblər ki, bu ilin 9 ayı ərzində 46 min 401 nəfər Naxçıvan sakini turist qismində xarici ölkələrə, eləcə də respublikanın digər bölgələrində yerləşən sanatoriya və istirahət mərkəzlərinə səfər edib. Bu il ümumilikdə 16 ölkənin 73 bölgəsinə turist səfəri qeydə alınıb. /APA/
Sosial
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açılıb
15:08
27 aprel 2024
DİN: Toplum TV-nin əməkdaşı Cavid Ramazanov növbəti dəfə istintaqa dəvət edilib
14:57
27 aprel 2024
Yaxın vaxtlarda Laçın rayonunun Sus kəndinə 59 ailə köçürüləcək - FOTO
14:06
27 aprel 2024
Prokurorluq əməkdaşları ağacəkmə kampaniyası keçirib
14:00
27 aprel 2024