Sumqayıtın nümayəndə heyəti Almaniyanın Lüdviqshafen şəhərində keçirilən tədbirlərdə iştirak edir

Sumqayıtın nümayəndə heyəti Almaniyanın Lüdviqshafen şəhərində keçirilən tədbirlərdə iştirak edir
# 27 oktyabr 2007 11:45 (UTC +04:00)
Azərbaycanın Sumqayıt şəhərinin nümayəndə heyəti Almaniyanın Lüdviqshafen şəhərində bu şəhərlə əlaqələrin 30 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak edir. Bu barədə APA-ya Sumqayıt şəhər icra hakimiyyəti başçısının müşaviri Teymur Vəliyev məlumat verib. Tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov da iştirak edib.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində şəhərlər arasında əməkdaşlığa həsr olunmuş sərgidə iştirak edib, həmçinin Lüdviqshafen şəhər meriyasında görüşlər keçiriblər. Səfər oktyabrın 30-da başa çatacaq./APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR