Bank Of Baku

İran prezidentinin müavini və Milli Gənclər Təşkilatının sədri Höccətülislam Əli Əkbəri Azərbaycanda səfərdədir

İran prezidentinin müavini və Milli Gənclər Təşkilatının sədri Höccətülislam Əli Əkbəri Azərbaycanda səfərdədir
# 30 oktyabr 2007 10:24 (UTC +04:00)
İran İslam Respublikası prezidentinin müavini, ölkənin Milli Gənclər Təşkilatının sədri Höccətülislam Əli Əkbərinin Azərbaycana səfəri başlayıb. APA-nın xəbərinə görə, qonaq Fəxri Xiyabanı ziyarət edərək Heydər Əliyevin məzarına əklil qoyub. Ə. Əkbərinin bu gün İçərişəhərlə tanışlığı və gənclər və idman naziri Azad Rəhimovla görüşü nəzərdə tutulub. Noyabrın 1-nə kimi davam edəcək səfər zamanı İranın Milli Gənclər Təşkilatının sədri Bakıda “Gənclər sivilizasiyaların alyansı naminə” adlı beynəlxalq tədbirin açılış mərasiminə qatılacaq, həmçinin “İrəli” Ümumrespublika Gənclər Hərəkatının və bir sıra gənclər təşkilatlarının üzvləri ilə görüşəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR