Bank Of Baku

Beyləqan rayonunun Eyvazalılar kəndinin bir qrup sakini aclıq aksiyasına başlayıb

Beyləqan rayonunun Eyvazalılar kəndinin bir qrup sakini aclıq aksiyasına başlayıb
# 30 oktyabr 2007 14:24 (UTC +04:00)
Azərbaycanın Beyləqan rayonunun Eyvazalılar kəndinin bir qrup sakini bu gün aclıq aksiyasına başlayıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, aksiyanın əsas səbəbi 1999-cu ildə keçirilmiş torpaq islahatlarının 2004-cü ildə ləğv olunması, yenidən aparılmış bölgü zamanı bir qrup sakinə yararsız yerdən torpaq verilməsi ilə bağlıdır. Artıq aksiya ilə bağlı rayonun bütün müvafiq qurumlarını məlumatlandırdıqlarını deyən sakinlər APA-ya bildiriblər ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) Beyləqan rayon şöbəsinin müdiri Rəfael Pəsiyev 2004-cü ildə məhkəmənin qərarı ilə 1999-cu ildə onlara torpaqların paylanması barədə aktları ləğv etdirərək, yenidən bölgü həyata keçirib. Nəticədə kənd sakinlərinin bir qrupuna yararsız yerdən torpaq verilib. Sakinlər onu da bildiriblər ki, tələbləri yerinə yetirilməyənə qədər aksiyalarını davam etdirməkdə israrlıdırlar.
DTXK-nın mətbuat xidmətinin rəhbəri Hikmət Babaoğlu isə APA-ya açıqlamasında sakinlərin müraciətlərini araşdırdıqlarını və bu iddiaların əsassız olduğunu bildirib. Onun sözlərinə görə, torpaq paylarının verilməsinə dair dövlət aktları yalnız sakinlərin razılığı və yerli aqrar islahat komissiyasının təqdimatı əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər: “Eyvazalılar kəndində 467 ailə torpaq payı alıb. 1999-cu ildə keçirilmiş islahat zamanı texniki qüsurlara yol verilib. Torpaqların altına düşmüş kommunikasiyalar və s. nəzərə alınmayıb. Buna görə də yerli aqrar islahat komissiyasının müraciəti əsasında yenidən bölgü aparılıb”.
DTXK rəsmisinin bildirdiyinə görə, Eyvazalılar kəndində hazırda 4 ailə torpaq payları ilə bağlı narazılıq edir: “Aparılan araşdırmalar zamanı məlum olub ki, onlara verilmiş torpaq yararsız deyil. onların torpaqları bu gün ya əkin altındadır, ya da kiməsə icarəyə verilib. Rayon rəhbərliyi həmin yerin bələdiyyənin balansında olan ərazilərlə əvəzlənməsini təklif etsə də sakinlər razı deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR