Bank Of Baku

“Bakı məktəblilərinin parlamenti”nin təqdimat mərasimi keçirilib

“Bakı məktəblilərinin parlamenti”nin təqdimat mərasimi keçirilib
# 31 oktyabr 2007 10:30 (UTC +04:00)
Bu gün Azərbaycan Atatürk Mərkəzində “Gənc Liderlər” Uşaq Təşkilatı ilə Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə layihəsi olan “Bakı məktəblilərinin parlamenti”nin (BMP) təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən “Gənc Liderlər” Uşaq Təşkilatının sədri Fərid Şahbazlı BMP-də paytaxtın 15 ən yaxşı məktəbindən 20 məktəbli-deputatın təmsil olunduğunu deyib. O bildirib ki, Bakı məktəbliləri parlamentinin əsas vəzifəsi paytaxtın təhsil müəssisələrinə ictimai nəzarəti təşkil etmək, uşaq hüquqlarının pozulması ilə bağlı daxil olan məlumatları araşdırmaq və bu barədə Ombudsman Aparatına, Təhsil Nazirliyinə, Bakı şəhər üzrə Təhsil İdarəsinə məlumat verməkdir: “Parlamentin tərkibində 6 komissiya və bir deputat fraksiyası fəaliyyət göstərəcək. Bu parlament əslində bir müddət əvvəl yaradılmış Respublika Uşaq Parlamentinə alternativ olaraq yaradılıb. Biz hesab edirik ki, ildə iki dəfə yığılan bir parlamentin Azərbaycanda uşaq hüquqları sahəsindəki problemləri həll etməyə o qədər də imkanı olmayacaq. Azərbaycanda təhsilin özəyi olan Bakı məktəblərinin inkişafı, onların ictimai fəaliyyət sferasının daha da genişləndirilməsi bütünlüklə azərbaycanlı uşaqların inkişafına təkan verəcək”.
Tədbirdə AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə ələqələr şöbəsinin rəhbəri Vaqif Əsədov da iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR