Azad Rəhimov Tatarıstanın gənclər, idman və turizm nazirini qəbul edib
31 oktyabr 2007 10:52 (UTC +04:00)
Bu gün gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda səfərdə olan Rusiyanın Tatarıstan Respublikasının gənclər, idman və turizm naziri Marat Bariyevlə görüş keçirib. APA-nın xəbərinə görə, A. Rəhimov Bakının 2016-cı ildə keçiriləcək yay Olimpiya Oyunlarına ev sahibliyi iddiası ilə çıxış edən 7 şəhərdən biri olduğunu xatırladaraq son vaxtlar Azərbaycanın idman sahəsində böyük nailiyyətlər qazandığını, bu il ölkə idmançılarının vətənə 308 medal gətirdiyini deyib. M. Bariyev isə Azərbaycana ikinci dəfədir gəldiyini, aradan keçən 10 il ərzində Bakının çox dəyişdiyini bildirib: “Böyük tikintilər böyük imkandan, böyük imkan isə böyük gələcəkdən xəbər verir”. Tatarıstandakı Azərbaycan icması ilə daim əlaqə saxladıqlarını və onları hər zaman dəstəklədiklərini deyən M. Bariyev Azad Rəhimovu Kazana dəvət edib. /APA/
Sosial
Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib
17:46
3 may 2024
Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə elektron qaydada pensiya təyin olunacaq
17:30
3 may 2024
Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq
17:28
3 may 2024
Qeydiyyata alınmadan tütün məmulatları istehsal edənlər cərimələnəcək
16:40
3 may 2024