Hər il Azərbaycandan 200 min əmək miqrantı xarici ölkələrə gedir
31 oktyabr 2007 15:56 (UTC +04:00)
Hər il Azərbaycandan təxminən 200 min əmək miqrantı xarici ölkələrə gedir. APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti aparatının Qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov deyib. O bildirib ki, hazırda xarici ölkələrdə 800 min nəfərdən artıq azərbaycanlı əmək miqrantı çalışır. Bunların 500 min nəfəri Rusiyadadır. Nazirlər Kabinetinin şöbə müdiri hər il xeyli sayda əcnəbi əmək miqrantının Azərbaycana daxil olduğunu da söyləyib. Q. Sadıqovun sözlərinə görə, hazırda Azərbaycan hökuməti əcnəbi əmək miqrantlarının leqallaşdırılması istiqamətində tədbirlər planı hazırlayır. /APA/
Sosial
Rusiya nefti Qazaxıstan vasitəsilə Çinə daşınacaq
19:31
20 may 2024
Media nümayəndələri Zəngilanda "Ağalı" hotelində olublar
18:54
20 may 2024
Mincivan qəsəbəsinə ilkin olaraq 3 146 nəfər köçürüləcək
18:09
20 may 2024
Müddətli həqiqi hərbi xidmətlə əlaqədar yekun tibbi müayinənin aparılması qaydası müəyyənləşib
17:54
20 may 2024