Mehdi Səlimzadə: “Bəzi bələdiyyələrin torpaqlarının idarə olunması ilə əlaqədar problemlər var”
01 noyabr 2007 09:08 (UTC +04:00)
“Bəzi bələdiyyələrin torpaqlarının idarə olunması ilə əlaqədar problemlər var və bu problemlər bələdiyyələrin ərazi xəritələrinin müəyyənləşməsində üzə çıxır”. Bunu APA-ya açıqlamasında Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə bildirib. Onun sözlərinə görə, hazırda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən bələdiyyələrin ərazisini müəyyənləşdirən xəritələr hazırlanır. Nazirlik nümayəndəsi bu vaxta qədər 2700 bələdiyyədən təxminən 2 mininin xəritəsinin hazır olduğunu söyləyib. M. Səlimzadə bələdiyyə torpaqlarının satılması zamanı bir sıra yerli idarəetmə orqanlarının qanunlara əməl etmədiklərini də açıqlayıb. Onun sözlərinə görə, belə hallara dair rəhbərlik etdiyi mərkəzə məlumat daxil olduqda, qanunvericiliyə uyğun tədbirlər görülür: “Qəbul olunmuş qanuna görə, torpağın satılması üçün bələdiyyələr özləri hərrac komissiyaları təşkil etməlidirlər. Vətəndaş torpaq almaq üçün bələdiyyəyə müraciət etməli, hərrac komissiyası bələdiyyə torpaqlarının verilməsi qaydaları ilə bağlı qanunlara uyğun olaraq torpağı qiymətləndirməli və sonra hərraca çıxarılmalıdır”. /APA/
Sosial
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
07:16
28 aprel 2024
Amsterdamda keçirilən aksiyada 100-dən çox fəal saxlanılıb
06:51
28 aprel 2024
"Nar"dan sərfəli smartfon təklifi
18:23
27 aprel 2024
Ulyanovskda təhlükəli yükün ətrafa dağılmasına səbəb olan maşinistə hökm oxunub - VİDEO
15:56
27 aprel 2024