Şəkidə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının təşkilatçılığı ilə təlim-seminar keçirilir
01 noyabr 2007 10:51 (UTC +04:00)
Bu gün Şəkidə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığının təşkilatçılığı ilə üç günlük təlim-seminar başlayıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, seminar Ombudsman Aparatının regional işçiləri və vətəndaş cəmiyyətinin nümayəndələri üçün nəzərdə tutulub. Ombudsman Elmira Süleymanova və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz nümayəndəliyinin rəhbəri Vladlen Srefonovun rəhbərliyi ilə təşkil olunmuş təlimlərə Şəki rayonunun müxtəlif təşkilat və müəssisələrindən nümayəndələr də cəlb edilib. Təlimin keçirilməsində məqsəd Ombudsman Aparatının regional nümayəndələrinin insan hüquqlarına dair beynəlxalq və milli standartlar haqqında biliklərini artırmaq və Azərbaycandakı vəziyyəti təhlil etməkdən ibarətdir. Təlim-seminar üç gün davam edəcək. /APA/
Sosial
XƏBƏRDARLIQ- Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək
17:02
5 may 2024
Hacıqabulda 17 yaşlı qız qlzılcadan ölüb
15:06
5 may 2024
DİM: İmtahanda 43 nəfər sağlamlıq imkanları məhdud abituriyent də iştirak edib
13:44
5 may 2024
İmtahan nəticələrinin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur
13:42
5 may 2024