Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası narkomanlığın yayılmasının qarşısının alınması məqsədilə konfranslar keçiriləcək
01 noyabr 2007 15:06 (UTC +04:00)
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası narkomanlığın yayılmasının qarşısının alınması məqsədilə noyabrın 5-dən 14-dək Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Ağdaş, Ucar, Göyçay rayonlarında “Gənclik sağlam həyat tərzi seçir”, “Narkomanıq ağ ölümdür”, “Gənclər narkomaniyaya yox deyir” mövzularında elmi-praktik konfrans keçirəcək. Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, konfransın keçirilməsində məqsəd gənclərin maarifləndirilməsi və bu yolla narkomanlığın qarşının alınmasında qabaqlayıcı profilaktik tədbirlər görməkdir. Tədbirdə narkomaniya probleminə aidiyyəti olan nazirlik, komitə və təşkilatların nümayəndələri iştirak edəcək. /APA/