Bank Of Baku

Gəncə Dövlət Universitetində Konstitusiya Günü münasibəti ilə tədbir keçirilib

Gəncə Dövlət Universitetində Konstitusiya Günü münasibəti ilə tədbir keçirilib
# 13 noyabr 2007 14:24 (UTC +04:00)
Gəncə Dövlət Universitetində 12 noyabr - Konstitusiya Günü münasibəti ilə tədbir keçirilib. APA-nın Qərb bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan universitetinin rektoru Elman Məmmədov Heydər Əliyevin Azərbaycanın qəbul edilmiş ilk Konstitusiyasının memarı olduğunu vurğulayıb. Daha sonra universitetin müəllimi Xəlil ismayılov “ Heydər Əliyev və Azərbaycan Respublikasının Konstitusiyası” mövzusunda geniş məruzə ilə çıxış edib. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra tələbələrin və incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı nümayiş olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR