Bank Of Baku

ABŞ səfirliyi “Regional kitabxanaların inkişafı” proqramı çərçivəsində 55 min kitab hədiyyə edib

ABŞ səfirliyi “Regional kitabxanaların inkişafı” proqramı çərçivəsində 55 min kitab hədiyyə edib
# 14 noyabr 2007 15:32 (UTC +04:00)
ABŞ səfirliyinin Regional kitabxanaların inkişafı” Proqramının yekunlaşması ilə bağlı mərasim keçirilib. APA-nın məlumatına görə, proqram çərçivəsində 2 layihə həyata keçirilib: regional kitabxanaların inkişafı və kitabxanalarda informasiya mərkəzlərinin yaradılması. Proqramda 20 regionun mərkəzi şəhər kitabxanaları iştirak edib. Layihə Gədəbəy, Qobustan, İsmayıllı, Kürdəmir, Mingəçevir, Neftçala, Qax, Salyan, Xaçmaz, Dəvəçi, Zaqatala, Naxçıvan, Quba, Əli-Bayramlı, Gəncə, Bərdə, Lənkəran, Beyləqan, Astara və Şəki rayonlarını əhatə edib. Proqram çərçivəsində bu regionlar arasında elektron şəbəkə yaradılıb. Bu şəbəkə vasitəsilə regionlarda kitabxanaların inkişafı üçün kitabxanalar və əhali arasında fikir və informasiya mübadiləsi təşkil olunub, ayda iki müxtəlif mövzulara aid açıq söhbətlər və fikir mübadiləsi aparılıb. Səfirlik tərəfindən kitabxanaçılara və sistem inzibatçılarına müntəzəm olaraq təlimlər də keçirilib. Layihə çərçivəsində kitabxanalara ümumilikdə 55 min kitab hədiyyə edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR