Bank Of Baku

Şəki rayonuna təbii qazın verilməsi dayandırılıb

Şəki rayonuna təbii qazın verilməsi dayandırılıb
# 14 noyabr 2007 16:50 (UTC +04:00)
Şəki rayonuna təbii qazın verilməsi dayandırılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna rayon sakinləri məlumat verib. Sakinlərin sözlərinə görə, bu gün səhər saatlarından rayon ərazisinə təbii qazın verilməsi dayandırılıb. Şəki Rayon İcra Hakimiyyətindən (RİH) APA-nın yerli bürosuna bildirilib ki, qazın kəsilməsinə yerli əhalidən oktyabr ayı ərzində istifadə olunmuş qaz pulunun tam yığılmaması səbəb olub. Belə ki, ötən ay Şəki rayonu üzrə əhalidən cəmi 40% qaz pulu yığılıb. Məhz bu səbəbdən rayon ərazisinə təbii qazın verilməsi dayandırılıb. RİH-dən həmçinin bildirilib ki, rayon rəhbərliyi ASC ilə danışıqlar aparır və bir neçə günə rayona qazın verilməsi bərpa ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR