Bank Of Baku

Ucar rayonunun Lək və Xalac kəndlərinin sakinləri su problemi ilə üzləşib

Ucar rayonunun Lək və Xalac kəndlərinin sakinləri su problemi ilə üzləşib
# 15 noyabr 2007 16:33 (UTC +04:00)
Ucar rayonunun Lək və Xalac kəndlərinin sakinləri su problemi ilə üzləşib. APA-nın Aran bürosunun xəbərinə görə, Xalacdan keçən su kanalından kənd sakinləri həm içmək, həm də suvarmaq üçün, Lək kəndinin bir qrup sakini isə suvarmaq üçün istifadə ediblər. Bu kanalın suyu Zərdab rayonuna gedən kanaldan götürülürmüş. Problem də məhz burdan qaynaqlanıb. Sakinlərin dediyinə görə, Zərdab rayonunun Çallı kəndinin Sudan İstifadə Edənlər Birliyinin sədri Zahir Vahidov kanalın suyunu kəsib: “Bu iş iki rayonun Sudan İstifadə Edənlər Birliyinin sədri arasında razılaşdırılaraq həyata keçirilməlidir. Amma ortada heç bir razılaşma yoxdur və nəticədə 500 hektar taxıl əkilmiş sahə susuz qalıb”.
APA-nın Aran bürosunun müxbiri dəfələrlə cəhd göstərsə də, Ucar rayon Suvarma Sistemləri İdarəsinin Həsən Qasımovu yerində tapa bilməyib. İdarənin baş mühəndisi Mahmud Rəhimov hər dəfə onun iş üçün ayrı-ayrı ərazilərə getdiyini bildirib. Mühəndis Vaqif Abışov isə problemin yaxın günlərdə həll olunacağına söz verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR