Bank Of Baku

Almaniyada 5 mindən çox Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır

Almaniyada 5 mindən çox Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır
# 19 noyabr 2007 10:12 (UTC +04:00)
Hazırda Almaniya Federativ Respublikasında 5 mindən çox Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır. Azərbaycanın Almaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, bu ölkədə qeyri-leqal yaşayan azərbaycanlıların sayı da az deyil. Hələlik onların deportasiyası nəzərdə tutulmur. Bunun üçün iki ölkə arasında readmissiya sazişi (bir ölkənin digər ölkə ərazisindəki vətəndaşlarını geri qaytarmağa razılığı ilə bağlı sənəd) imzalanmalıdır. Almaniya bir çox MDB ölkəsi ilə bu cür sazişlər imzalayıb və hazırda Azərbaycanla da imzalamaq üçün müzakirə aparır. Səfirlikdən bildiriblər ki, bu, uzun prosesdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR