Bank Of Baku

“Təbii doğuş qeysəriyyə əməliyyatına qarşı” kampaniyası başlanılıb

“Təbii doğuş qeysəriyyə əməliyyatına qarşı” kampaniyası başlanılıb
# 19 noyabr 2007 12:43 (UTC +04:00)
Azərbaycan Qadın Jurnalistləri Birliyi “Təbii doğuş qeysəriyyə əməliyyatına qarşı” kampaniyasına start verib. APA-nın məlumatına görə, bu münasibətlə bu gün keçirilən tədbirdə birliyin sədri Sevinc Osmanqızı bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının normalarına görə, qeysəriyyə əməliyyatları ilə təbii doğuşun nisbəti 15% olmalıdır. Ancaq son illər Azərbaycanda, xüsusilə Bakıda qeysəriyyə əməliyyatlarının sayı artıb. Rəsmi məlumatlarda Azərbaycanda bu nisbətin 13% olduğu bildirilsə də, bu göstəricinin daha yüksək olduğu güman edilir.
Qeysəriyyə əməliyyatının nəticəsi ilə bağlı bəzi məlumatları açıqlayan birliyin üzvü İlhamə Novruzova isə deyib ki, cərrahi müdaxilələr zamanı ana ölümü halları daha çox baş verir. O qeyd edib ki, dünyada bu əməliyyatlar zamanı analar arasında ölüm faizi 1/2500-dirsə, təbii doğuş zamanı bu rəqəm 1/10 000 olur. Planlaşdırılmış doğum tarixi ilə vaxtından əvvəl dünyaya gələn körpədə bəzi fəsadların yaranması ehtimalı, təbii doğuşla müqayisədə cərrahi müdaxilə zamanı anaya infeksiya ötürülməsi faizi də çoxdur.
Qeysəriyyə əməliyyatının əleyhinə çıxan ginekoloq Zemfira Topçubaşova isə bildirib ki, bu əməliyyatdan tam imtina etmək də düzgün olmaz. Onun sözlərinə görə, bu əməliyyatın zəruriliyi və tarixi barədə ana deyil, həkim qərar verməli və bu proses tibbi göstəriş əsasında həyata keçirilməlidir. Əvvəlki illərlə müqayisədə qadınlar arasında xəstəliklərin yayılma səviyyəsinin yüksək olması fikrini də qəbul etməyən həkim qadınların təbii doğuşa üstünlük verməsinin vacibliyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR