Bank Of Baku

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Qubada yerləşən Bağçılıq və Subtropik Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru işdən çıxarılıb

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Qubada yerləşən Bağçılıq və Subtropik Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru işdən çıxarılıb
# 11 yanvar 2008 11:24 (UTC +04:00)
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin kollegiya iclasının qərarı ilə işdə yol verdiyi nöqsanlara görə nazirliyin Qubada yerləşən Bağçılıq və Subtropik Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru Dilşad Bayramova tutduğu vəzifədən azad edilib. Quba Rayon İcra Hakimiyyətindən APA-nın şimal bürosuna verilən məlumata görə, yanvarın 10-da yeni direktor - institutun Bakı şəhərindəki baza təsərrüfatının rəhbəri Cəlal Məmmədov kollektivə təqdim olunub. Tədbirdə nazirliyin Bitkiçilik İdarəsinin rəisi Sabir Vəliyev və digər rəsmilər iştirak ediblər. Qeyd edək ki, Bağçılıq və Subtropik Bitkilər Elmi-Tədqiqat İnstitutu respublikanın böyük elmi-təcrübə mərkəzlərindən biridir. İnstitutun Zaqatala, Şəki, Göyçay, Lənkaran, Tərtər və Quba rayonlarında, Bakı və Naxçıvan şəhərlərində təsərrüfatları var. D. Bayramova Qubada yerləşən müəssisəyə 14 il başçılıq edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR