Bank Of Baku

BMT Qlobal Yol Təhlükəsizliyinin Yaxşılaşdırılması barədə qətnamə qəbul edib

BMT Qlobal Yol Təhlükəsizliyinin Yaxşılaşdırılması barədə qətnamə qəbul edib
# 22 aprel 2008 10:29 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. BMT-nin Baş Assambleyası dövlətləri yol nəqliyyatı hadisələrinin qarşısının alınması üzrə hesabatın tövsiyələrini yerinə yetirməyə, yol qəzaları zamanı xəsarətlərin azaldılması üzrə fəaliyyət planının hazırlanmasına, yol təhlükəsizliyi üzrə milli agentliklərin yaradılmasına dəvət edən Qlobal Yol Təhlükəsizliyinin Yaxşılaşdırılması barədə qətnamə qəbul edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya daxil olan məlumatda qeyd edilib ki, hər il dünyada 1,2 milyondan artıq adam yol nəqliyyat qəzaları nəticəsində dünyasını dəyişir, 50 milyon adam müxtəlif növ xəsarət alır. Buna qarşı tədbirlər görülməzsə, 2015-ci ilədək yol nəqliyyat hadisələri 20 milyondan çox insanın ölümünə və 2030-cu ilə qədər illik ölüm göstəricisinin iki dəfə artmasına səbəb ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR