Bank Of Baku

Hicran Hüseynova: “Ailə problemlərinin çoxu qadınların savadsızlığından irəli gəlir”

Hicran Hüseynova: “Ailə problemlərinin çoxu qadınların savadsızlığından irəli gəlir”
# 22 aprel 2008 16:55 (UTC +04:00)
Goranboy. Teymur Quliyev - APA. Ailə, Qadın Və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Goranboyda Ailə, Qadın və Uşaqlara Dəstək Mərkəzinə baş çəkib. Komitə sədri APA-nın Qarabağ bürosuna açıqlamasında ailə problemlərinin əksəriyyətinin qadınların savadsızlığından irəli gəldiyini söyləyib. Onun sözlərinə görə, ölkənin bütün rayonlarında Ailə, Qadın Və Uşaqlara Dəstək mərkəzlərinin yaradılmasına ehtiyac var. H. Hüseynova deyib ki, ailələrin əksəriyyəti gənclərin iradəsinə əsasən yox, valideynlərin istəyi üzərində qurulur. Bu isə cəmiyyətdə problemlərin çoxalmasına gətirib çıxarır: “Maarifləndirmə, təbliğat aparmağa ehtiyac var. Əsas problemlər erkən nikah, ailədə zorakılıqdır”. Komitə sədri deyib ki, bəzi ailələrdə gərginlik yarananda qız övladları və qadınların hara müraciət edəcəklərini bilmirlər. Belə hallarda iradəsiz qadınlar çox vaxt intihara əl atırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR