Bank Of Baku

Astanada Türkdilli Ölkələrin Sosioloqlarının II Konqresi işə başlayıb

Astanada Türkdilli Ölkələrin Sosioloqlarının II Konqresi işə başlayıb
# 23 aprel 2008 08:35 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Qazaxıstanın paytaxtı Astanada Türkdilli Ölkələrin Sosioloqlarının II Konqresi işə başlayıb. APA-nın məlumatına görə, tədbirə Qazaxıstan, Türkiyə, Azərbaycan, Mərkəzi Asiya ölkələri, həmçinin Böyük Britaniya, Almaniya, ABŞ-dan 150-dən çox sosioloq, sosial sahə mütəxəssisləri, psixoloq və politoloqlar qatılıblar. Konqresin əsas müzakirələr “XXI əsrdə vətəndaş cəmiyyəti və sosial tərəqqi” mövzusunda aparılacaq. Azərbaycanı tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosial-Hüquqi Tədqiqatlar İnstitutunun direktoru Yusif Rüstəmov təmsil edir. Qeyd edək ki, Türkdilli Ölkələrin Sosioloqlarının I Konqresi 2005-ci ildə Türkiyənin Kocaeli şəhərində keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR