Bank Of Baku

Azərbaycanın Şəki rayonunda 16 yaşlı qızın uşağı olub

Azərbaycanın Şəki rayonunda 16 yaşlı qızın uşağı olub
# 23 aprel 2008 12:23 (UTC +04:00)
Şəki. Hafiz Heydərov - APA. Azərbaycanın Şəki rayonunda 16 yaşlı qız dünyaya uşaq gətirib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Faktla bağlı polisə məlumat Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) daxil olub və hazırda məsələ ilə bağlı araşdırma aparılır, rayonun Suçma kənd sakini, 1992-ci il təvəllüdlü Jalə Əhmədovanın kiminlə nikahda olması araşdırılır. MRX-nin baş həkimi Seyran Məmmədov isə APA-nın yerli bürosuna məlumatı təsdiqləyərək bildirib ki, doğuşun vaxtında baş verməsinə və normal keçməsinə baxmayaraq, yeni doğulan körpənin həyatını xilas etmək mümkün olmayıb. Ailə, Qadın Və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məsələyə münasibət bildirilməyib. Komitədən APA-ya deyiblər ki, məsələ ilə bağlı yalnız qurumun sədri münasibət bildirə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR