Bank Of Baku

Hazırda dünyada 1,1 milyard siqaret çəkən insan var

Hazırda dünyada 1,1 milyard siqaret çəkən insan var
# 24 aprel 2008 11:25 (UTC +04:00)
Bakı. Zaur Nurməmmədov - APA. “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Ümumdünya Səhiyyə Təşkilatının elan etdiyi Beynəlxalq Tütünsüz Günə həsr olunan “Sağlamlığına, gələcəyinə, firavanlığına yox demə!” adlı aylıq kampaniyaya başlayacaq. Bu barədə APA-ya təşkilatın mətbuat xidmətindən məlumat verilib. May ayı ərzində həyata keçiriləcək kampaniyanın məqsədi sağlam həyat tərzinin təbliği, həyat üçün təhlükəli vərdişlərə alışma səbəblərinin və bunlardan azad olma yollarının araşdırılmasıdır. Bu məqsədlə “ELS” MAM-ın könüllüləri tərəfindən “Gəncləri siqaret çəkməkdən necə çəkindirməli” mövzusunda sorğu anketləri tərtib edilib və hazırda Bakının orta məktəblərinin yuxarı sinif şagirdləri və ali məktəb tələbələri arasında sorğu keçirilməkdədir. Sorğunun nəticələri may ayında açıqlanacaq. Qeyd edək ki, tütün məhsulları dünyada hər il 5 milyon insanın həyatına son qoyur. Hazırda dünyada 1,1 milyarddan çox siqaret çəkən insan var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR