Bank Of Baku

AŞ PA-nın vitse-prezidenti və İsveç nümayəndə heyəti Sabirabadda olub

AŞ PA-nın vitse-prezidenti və İsveç nümayəndə heyəti Sabirabadda olub
# 26 aprel 2008 13:15 (UTC +04:00)
Əli Bayramlı. Əlibəy Zeynalov APA. AŞ PA-nın vitse-prezidenti Qoran Lindblad və İsveç nümayəndə heyəti Sabirabadda olub. Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad Rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Əsgərovun bildirdiyinə görə, bu gün Sabirabad rayonunda İsveç parlamentinin üzvü AŞ PA-nın vitse-prezidenti Qoran Lindblad, İsveçin ölkəmizdəki səfiri Hans Qunner Aden, “Nobel neft şirkətləri” kitabının müəllifi, Nobel ailəsinin üzvləri, İsveç telejurnalisti və ABŞ-dan gəlmiş fotomüxbir Sabirabad rayonu ərazisində Şəhriyar qəsəbəsində və Rüstəmli kəndlərində yeni salınmış qaçqın şəhərciyində köçkünlərin həyat şəraiti ilə maraqlanıb, eyni zamanda ləğv olmuş qaçqın düşərgələrinin şahidi olublar. Qonaqları Azərbaycanın İsveçdəki səfiri Rafael İbrahimov və İsveçdəki Azərbaycan diasporunun rəhbəri Bəhrəm Atabəyli müşayiət ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR