Bank Of Baku

“Şəffaflıq-Azərbaycan” İctimai Birliyi korrupsiya hallarına dair şikayətlərin daha çox məhkəmə sistemi ilə bağlı olduğunu müəyyənləşdirib

“Şəffaflıq-Azərbaycan” İctimai Birliyi korrupsiya hallarına dair şikayətlərin daha çox məhkəmə sistemi ilə bağlı olduğunu müəyyənləşdirib
# 28 aprel 2008 11:19 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. “Azərbaycanda korrupsiya hallarına dair şikayətlər daha çox məhkəmə sistemi ilə bağlıdır”. APA-nın məlumatına görə, bu sözləri “Şəffaflıq-Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva təşkilatın bu ilin yanvar-mart aylarının yekunları əsasında hazırladığı hesabatı açıqlayarkən deyib. İctimai birlik ATƏT-in Bakı ofisi, Böyük Britaniya Xarici İşlər Nazirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) qrant dəstəyi ilə keçirilən layihə əsasında Bakıda və bölgələrdə korrupsiya halları ilə üzləşən vətəndaşlara pulsuz hüquqi yardım göstərir. 2008-ci ilin ilk 3 ayı ərzində təşkilata 1717 şikayət daxil olub ki, bunun 587-si Gəncə şəhərinin, 235-i Bakının, 281-i Lənkəranın, 318-i Qubanın, 296-sı isə Şəkinin payına düşür. Şikayətlər əsasən məhkəmə sistemi ilə əlaqəli olsa da, ötən ildən bu yana bələdiyyə sisteminin işi ilə bağlı şikayətlərin sayı artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR