Bank Of Baku

Azərbaycanda Tələbələrin II Yaradıcılıq Festivalı keçirilir

Azərbaycanda Tələbələrin II Yaradıcılıq Festivalı keçirilir
# 28 aprel 2008 12:04 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə tələbələrin “Tələbə baharı” adlı II Yaradıcılıq Festivalı keçirilir. Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib. O bildirib ki, aprelin 28-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında festivalın seçim turu başlayıb, mayın 2-də isə finalı keçiriləcək. Festivalın məqsədi gəclərin estetik tərbiyəsini təkmilləşdirmək, asudə vaxtlarını səmərəli təşkil etmək, onlara dövlət qayğısını artırmaq və yaradıcı gəncləri üzə çıxarmaqdır. Festivalın qalibləri fəxri fərman və hədiyyələrlə təltif olunacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR