Bank Of Baku

Bakının Yasamal rayonunda qəzalı vəziyyətdə olan binanın sakinlərinə yeni mənzillər verilib

Bakının Yasamal rayonunda qəzalı vəziyyətdə olan binanın sakinlərinə yeni mənzillər verilib
# 09 may 2008 09:45 (UTC +04:00)
APA-nın məlumatına görə, mərasimdə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin sədr müavini Elxan Əsədov bildirib ki, 1960-cı illərin əvvəllərində yataqxana kimi tikilib, istifadəyə verilən bina artıq neçə illərdir qəza vəziyyətinə düşüb. Onun sözlərinə görə, 2007-ci ilin aprelində binanın qəza vəziyyətində olmasına dair sənədlər FHN-də araşdırılıb və rəy Nazirlər Kabinetinə təqdim edilib. “Nazirlər Kabineti bu problemin həlli ilə bağlı məsələni Fövqəladə Hallar Nazirliyinə təqdim etdi. Tikintinin aparılması “Şinka” şirkətinə həvalə edilib”. E. Əsədov deyib ki, 6 mərtəbəli, 36 mənzildən ibarət olan bina isti-soyuq su, istilik qazanxanası ilə də təmin olunub. O, mənzillərin tam təmir edildiyini də bildirib.
Bina sakini Mənsumə Əliyeva qarşılaşdıqları problemin bu qədər tez və yüksək səviyyəli həlli üçün dövlət başçısı İlham Əliyevə təşəkkürünü bildirib. Sakin Fövqəladə Hallar Nazirliyinin tikintinin aparılmasına xüsusi diqqət ayırdığını da vurğulayıb. O deyib ki, yeni mənzillə belə tezliklə təmin olunacaqlarına inanmayıb.
Sakin Nəzakət Zamanova isə tikintinin keyfiyyətindən və mənzillərin layihəsindən razılıq edib: “Bundan əvvəlki binada sanitar qovşaq ümumi idi. Bu bina isə yataqxana tipli tikilsə də, belə məqamlara diqqət yetirilib. Hətta mənzillərin bütün kommunal təchizatı da öz həllini tapıb. Azərbaycanda ilk dəfə olaraq mənzillər sakinlərə təmir olunaraq təhvil verilib”.
Sonra sakinlərə yeni mənzillərin açarları təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR